Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Suriyadan Xameneyiyə cavab: Əsədi devirənlər İranı məhkəməyə verir
Suriyadan Xameneyiyə cavab: Əsədi devirənlər İranı məhkəməyə verir

Suriyanın yeni hakimiyyəti İrana xəbərdarlıq edib.

Publika.az
xəbər verir ki, Suriyanın xarici işlər naziri Həsən Əl-Şeybani Tehrana çağırış edib.

Bildirib ki, İran Suriya xalqının iradəsinə, ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmət etməlidir.

“İranı Suriyada xaos yaymaqdan çəkinməyə çağırırıq. Bütün nəticələrə görə məsuliyyəti onlar daşıyır”, - nazir “X” şəbəkəsindəki hesabında paylaşıb.

Qeyd edək ki, İranın dini lideri Əli Xameneyi bir neçə gün öncə “Suriya xalqını üsyançılara qarşı çıxmağa” çağırmışdı.

Məlumatlara görə, Suriyanın yeni hakimiyyəti Əsəd rejiminə verdiyi dəstək və xalqa qarşı edilən zülümlərdə iştiraka görə İranı beynəlxalq məhkəməyə verməyə hazırlaşır.

Liviyanın “Əl-Müdün” qəzeti Dəməşqdəki mənbələrə istinadən Suriyanın yeni hakimiyyətinin İranla heç bir təmas qurmadığını yazıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti