Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Tiflisdən gələn xəbər planı dəyişdi - “İrəvana axışacaqlar”
Tiflisdən gələn xəbər planı dəyişdi - “İrəvana axışacaqlar”

Gürcüstan hakimiyyətinin Qərbdən uzaqlaşması Ermənistana təsir göstərəcək.
Nəşr xatırladır ki, Baş nazir Nikol Paşinyan artıq Mixail Kavelaşvilini Gürcüstan prezidenti seçilməsi münasibətilə təbrik edib:
“Ermənistan hökumətinin başçısı bundan əvvəl “Gürcü Arzusu” Partiyasının parlament seçkilərindəki qələbəsini dərhal tanıyıb. Bu, Qərbin Gürcüstanda etirazları gücləndirmək və seçkiləri “qeyri-legitim” kimi tanımaq cəhdlərini nəzərə alsaq, kifayət qədər vacibdir.
Ermənistanın zahirən qərbyönlü hakimiyyəti Gürcüstanda keçirilən seçkiləri gözdən salmaq xətti ilə getmir, hətta bu, etirazçı Salome Zurabişvilinin diplomatik qalmaqal yaratmağa cəhdinə səbəb olub. Gürcülər arasındakı qeyri-sabitlik Gürcüstan yolları ilə xarici aləmə bağlanan qonşu Ermənistan üçün böyük təhlükə yaradır”.
“Rybar”ın fikrincə, Gürcüstan seçkilərinin nəticələri Ermənistanın qərbpərəst kursuna bir neçə istiqamətdə ciddi təsir göstərəcək:
“Bir tərəfdən Paşinyan hakimiyyətinin potensial avrointeqrasiya haqqında nağılları daha fantastik olacaq. Çünki Gürcüstansız belə bir ssenari Ermənistan üçün real deyil.
Digər yandan Amerikanın USAID layihələri də daxil olmaqla, “demokratiya quruculuğu” üçün bütün Qərb büdcələri indi kollektiv şəkildə Gürcüstandan Ermənistana axışacaq. Bu, orada oxşar bir gündəmi aktivləşdirilə bilər, yerli fiqurlar bu qrantlarla daha da zənginləşəcək”.//Teleqraf.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti