Avropa ölkələri RİA Novosti-nin Telegram kanalını bağladılar
Tarix: 28-12-2024, 21:17
Baxılıb: 172
Google+ Paylaş
Tumblr Paylaş

Avropa ölkələri RİA Novosti-nin Telegram kanalını bağladılar

28-12-2024, 21:17

Bir sıra Avropa ölkələrində Rusiyanın RİA Novosti agentliyinin Telegram kanalı bağlanıb.
Reportypr.tv xəbər verir ki, məlumatı agentliyin özü yayıb. Bildirilir ki, Telegram kanalını açmaq istəyəndə “Bu kanal yerli qanunları pozduğu üçün əlçatan deyil” xəbərdarlığı gəlir.
Agentliyin Telegram kanalını bloklayan Polşa, Belçika, İtaliya, Çexiya, Yunanıstan və İsveçrə bunun səbəbi barədə hər hansı açıqlama vermirlər.
Sentyabrda məlum olub ki, RİA Novosti saytı Moldovada əlçatmaz olub. Ölkənin hakimiyyət orqanları agentliyin resursuna girişin məhdudlaşdırılmasının səbəbini açıqlamayıb.
Bundan əvvəl TikTok sosial şəbəkəsi ABŞ-ın Rusiya mediasına qarşı sanksiyaları səbəbindən RİA Novosti hesabını bloklayıb. Bundan əlavə, nəşrin bütün videoları sosial şəbəkədəki axtarışlardan itib.
Onu da qeyd edək ki, Azərbaycana qarşı qərəzli məlumatları yaydığına görə RİANovocti-nin saytına giriş ölkəmizdə də qapadılıb.
Musavat.com
Bu da məşhur astroloqun proqnozu: 2025-ci ilin ən şanslı bürcləri » www.REPORTOR.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ