Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Gürcüstanda GƏRGİNLİK: Zurabişvili iqamətgahında gecələyəcək, sabah isə...
Gürcüstanda GƏRGİNLİK: Zurabişvili iqamətgahında gecələyəcək, sabah isə...

Gürcüstan Prezidenti Salome Zurabişvili varisinin andiçmə mərasimi ərəfəsində iqamətgahında gecələyəcək.
Publika.az xəbər verir ki, bu barədə o, videomüraciətində deyib.
“Sizi Orbeliani sarayından (ölkə prezidentinin iqamətgahı) salamlayıram. Mən buradayam, burada olacağam və burada gecələyəcəm”, - deyə siyasətçi bildirib.
O, tərəfdarlarını ertəsi gün saat 10:00-da iqamətgaha gəlməyə çağırıb. Sonra gələcək planlarını açıqlayacaq.
Noyabrın sonunda Zurabişvili səlahiyyətləri başa çatdıqdan sonra vəzifəsini tərk etməkdən imtina edib. O, ölkə parlamentinin qeyri-legitim olduğunu və buna görə də prezident seçə bilməyəcəyini bildirib. Zurabişvili hakim “Gürcü arzusu” partiyasının Aİ-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dondurmaq qərarına etiraz edənləri dəstəkləyib. Daha sonra siyasətçi dəfələrlə bildirib ki, dekabrın 29-da səlahiyyət müddəti başa çatdıqdan sonra Prezident sarayını tərk etmək fikri yoxdur.

Günün ULDUZ FALI - Romantik sürprizlər ola bilər » www.REPORTOR.tv

Şərhlər