Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Narinin anası, əmisi və qardaşı ömürlük HƏBS OLUNDU
Narinin anası, əmisi və qardaşı ömürlük HƏBS OLUNDU

Aylardır Türkiyə gündəmindən düşməyən Narin Güran cinayət işi üzrə hökm oxunub.
Musavat.com TRT-yə istinadən xəbər verir ki, hökmə əsasən Narinin anası, qardaşı və əmisi Türkiyə Cinayət Məcəlləsinin 1-d,e, 53/1 və 63-cü maddələri ilə ayrı-ayrılıqda ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum ediliblər.
Bundan başqa, Narinin qətlinin ört-basdır edilməsində əli olan digər müttəhim, Nevzat Bəxtiyar isə “cinayət sübutlarını məhv etmək, onu gizlətmək və ya təhrif etmək” maddəsi ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, iclas zamanı təqsirləndirilən şəxslər ittihamları rədd edərək, günahsız olduqlarını bildiriblər.
Xatırladaq ki, avqustun 21-də Diyarbəkirin Bağlar rayonunun Tavşantəpə məhəlləsində itkin düşən Narin Güranın cansız bədəni, sentyabrın 8-də Əgərtutmaz çayından tapılıb.
Reportyor.tv

Günün ULDUZ FALI - Romantik sürprizlər ola bilər » www.REPORTOR.tv

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti