Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » ABŞ Ukraynaya hərbi yardımın həcmini AZALTDI
ABŞ Ukraynaya hərbi yardımın həcmini AZALTDI

Birləşmiş Ştatlar 2024-cü ildə Ukraynaya yardımın həcmini keçən illə müqayisədə azaldıb.
Publika.az xəbər verir ki, bu barədə Pentaqonun yaydığı məlumatda deyilir.
Bildirilib ki, ABŞ təxminən 19,5 milyard dollar ayırıb. Yardımının əhəmiyyətli hissəsi Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə yönəlib.
“2024-cü ildə ABŞ-ın Kiyevə hərbi yardımının həcmi 2023-cü illə müqayisədə azalaraq, demək olar ki, 19,5 milyard dollar təşkil edib”, - nazirlik bildirib.
Qeyd olunur ki, 2023-cü ildə Amerikanın Ukraynaya yardımının həcmi 24,7 milyard dollar, 2022-ci ildə isə 19,875 milyard dollar təşkil edib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti