Kanadadan Trampa cavab gəldi: Cəhənnəm ol
Tarix: 29-12-2024, 10:00
Baxılıb: 314
Google+ Paylaş
Tumblr Paylaş

Kanadadan Trampa cavab gəldi: Cəhənnəm ol

29-12-2024, 10:00

Kanadalı bir millət vəkili ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı Milad mesajından sonra təhqir edib.
Reportyor.tv xəbər verir ki, bu barədə “HuffPost” yazıb.
Kanada Parlamentinin üzvü, sol təmayüllü Yeni Demokrat Partiyasının deputatı, qanunverici Çarli Anqus sosial mediada "Əziz Donald, bizi dəli Milad mesajınıza daxil etdiyiniz üçün təşəkkür edirəm. Kanadalı olmaq pulsuz tibbi xidmət və hücum silahlarına məhdud çıxış deməkdir. Sizin 51-ci ştatınızda uşaqlarımızı məktəbdə, korporativ rəhbərləri isə səhiyyə xidmətini inkar etdikləri üçün güllələyərdilər. Yəni “yox” deyirik. İndi isə cəhənnəm ol. Sizin şimal qonşunuz” yazıb.
Bundan əvvəl Tramp Kanadanın baş naziri Castin Trüdonu rişxəndlə “qubernator” adlandırıb və Kanadanın ABŞ-ın “51-ci ştatı” olacağı təqdirdə daha yaxşı yaşayacağını bildirib.
Publika.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ