Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Sinif yoldaşını öldürən məktəbli ömürlük həbs cəzasına məhkum edildi
Sinif yoldaşını öldürən məktəbli ömürlük həbs cəzasına məhkum edildi

Çində 13 yaşlı sinif yoldaşını öldürən oğlana ömürlük həbs cəzası verilib.
reportyor.tv xəbər verir ki, mart ayında Hebey əyalətində 13 yaşlı iki oğlan sinif yoldaşı Vanqı öldürərək tərk edilmiş istixanada basdırıblar.
Məhkəmə onların əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilməsinə qərar verib. Oğlanlardan biri ömürlük, digəri isə 12 il həbs cəzasına məhkum edilib.
Qeydlərə görə, cinayətkarlar Vanqı öldürmək üçün plan qurublar. Belə ki, onlar Vanqı istixanaya apararaq, başına kürəklə vurublar. Ardınca onun telefonunu alaraq bank hesabındakı pulu özlərinə köçürdükdən sonra Vanqı basdırıblar.
Vanqın ailəsi və vəkili verdikləri açıqlamada onun uzun müddət məktəbdə üç sinif yoldaşı tərəfindən zorakılığa məruz qaldığını bildirib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti