Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Türkiyə vətəndaşı “Muxtar Türki” Suriya ordusunun briqada generalı təyin edildi
Türkiyə vətəndaşı “Muxtar Türki” Suriya ordusunun briqada generalı təyin edildi

“Muxtar Türki” kimi tanınan Türkiyə vətəndaşı Ömər Məhəmməd Çiftçi Suriyanın yeni ordusunda briqada generalı təyin edilib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, Çiftçi müharibənin lap əvvəlindən Bəşər Əsəd hökumətinə qarşı vuruşub.
Xatırladaq ki, noyabrın 27-də silahlı müxalifət qrupları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma başlayıb. Dekabrın 7-də axşam saatlarında onlar Hələb, Həma, Dəra və Homs da daxil olmaqla bir neçə mühüm şəhərə nəzarəti ələ keçirdilər. Artıq dekabrın 8-də müxalifət qüvvələri Suriya hökumət qoşunlarının geri çəkilməyə məcbur edildiyi Dəməşqə daxil olub.
Bundan sonra Suriya prezidenti Bəşər Əsədin istefa verdiyi və ölkəni tərk etdiyi bildirilib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti