Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » ABŞ-da növbəti terror hadisəsi: kütləvi qətllər və partlayışlar
ABŞ-da növbəti terror hadisəsi: kütləvi qətllər və partlayışlar

Nyu-York şəhərinin Kvinz rayonundakı "Amazura" gecə klubunda kütləvi atışma baş verib.

Musavat.com xəbər verir ki, hadisə nəticəsində azı 11 nəfər həlak olub, daha 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə təcili tibbi və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Bu, ABŞ-da son günlər baş verən terror hadisələri silsiləsinin növbəti hissəsidir. Bundan əvvəl, Yeni Orleanda avtomobilin insanların üzərinə sürülməsi nəticəsində azı 15 nəfər həyatını itirmişdi. Daha sonra Las-Veqasda Tramp Qülləsinin yaxınlığında Tesla markalı pikap avtomobilin partladılması böyük səs-küyə səbəb olmuşdu.
ABŞ ictimaiyyəti bu ardıcıl terror aktları səbəbilə dərin şok və narahatlıq içərisindədir. Hüquq-mühafizə orqanları hadisələrlə bağlı genişmiqyaslı araşdırmalara başlayıb. Federal Təhqiqatlar Bürosu (FBI) və digər qurumlar bütün bu hadisələrin əlaqəli olub-olmaması ehtimalını araşdırır.
Ekspertlər bildirirlər ki, bu cür insidentlər ABŞ-da ictimai təhlükəsizliklə bağlı narahatlıqları daha da artırır. Hüquq-mühafizə orqanları və ictimai liderlər birgə səylərlə bu təhlükəli tendensiyanın qarşısını almaq üçün əlavə tədbirlər görməyə çağırılır.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti