Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Rusiyalı jurnalistlər vuruldu - Ölən və yaralananlar var
Rusiyalı jurnalistlər vuruldu - Ölən və yaralananlar var

Rusiya-Ukrayna müharibəsində daha bir jurnalist ölümü qeydə alınıb.
Reportyor.tv Rusiya mediasına istinadən bildirir ki, Ukrayna pilotsuz təyyarəsi Donetsk-Qorlovka magistralında rusiyalı jurnalistlərin olduğu avtomobilə hücum edib.
Nəticədə “İzvestiya”nın ştatdankənar müxbiri Aleksandr Martemyanov həlak olub. RİA Novosti müxbiri və daha dörd media əməkdaşı isə yaralanıb.
İddia olunur ki, Ukrayna qoşunları təmas xəttindən uzaqda yerləşən mülki avtomobilə qəsdən hücum edib. “Qorlovkada atışmanın nəticələrini lentə alandan sonra biz Donetskə qayıdırdıq, şossedə avtomobilimizi kamikadze pilotsuz uçan aparat vurdu”, - RİA Novosti-nin müxbiri Maksim Romanenko bildirib.
Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti