Şimali Koreyadan güc nümayişi - Səsdən 12 dəfə sürətli raket BURAXDI
Tarix: 7-01-2025, 09:54
Baxılıb: 195
Google+ Paylaş
Tumblr Paylaş

Şimali Koreyadan güc nümayişi - Səsdən 12 dəfə sürətli raket BURAXDI

7-01-2025, 09:54

Yanvarın 6-da Şimali Koreya ən yeni hipersəs ballistik raketinin uğurlu buraxılışını həyata keçirib.
Reportyor.tv xəbər verir ki, buraxılış prosesini Şimali Koreya lideri Kim Çen In ali hərbi rəhbərliklə birlikdə şəxsən izləyib.
Uğurlu sınaqla bağlı danışan Kim Çen In bildirib ki, yeni hipersəs raketinin hazırlanmasındakı əsas məqsəd aqressiv niyyətlərə xidmət etmək deyil, ölkənin özünümüdafiəsini təmin etməkdir.
O, həmçinin KXDR-in yeni raketinin “dünyadakı istənilən raketdən müdafiə sistemini effektiv şəkildə dəf edə biləcəyini” vurğulayıb.
KCNA-nın məlumatına əsasən, ən yeni hipersəs raketi səs sürətindən 12 dəfə yüksək sürətə çatıb, maksimum 99,8 km hündürlüyə yüksəlib və buraxılış nöqtəsindən 1500 km uzaqlıqda yerləşən açıq sularda hədəfi dəqiqliklə vurub.
Musavat.com





Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ