Xamenei adamını gizli şəkildə Moskvaya göndərdi - İran çıxılmaz vəziyyətdə
Tarix: 15-01-2025, 13:26
Baxılıb: 168
Google+ Paylaş
Tumblr Paylaş

Xamenei adamını gizli şəkildə Moskvaya göndərdi - İran çıxılmaz vəziyyətdə

15-01-2025, 13:26

İranın dini lideri Xameneinin müşaviri Əli Laricani Rusiyaya bir neçə dəfə gizli səfər edib.

Publika.az
xəbər verir ki, bu barədə “The Times” nəşri mənbələrinə istinadən yazır.

Bu, İran prezidenti Məsud Pezeşkianın Rusiya-İran hərtərəfli strateji tərəfdaşlıq sazişinin imzalanması məqsədilə Moskvaya gözlənilən səfəri fonunda xüsusilə diqqət çəkir.

Qərb kəşfiyyat xidmətləri Laricaninin səfərinin detallarını öyrənməyə çalışıb. Nəşrə danışan mənbələr hesab edir ki, İran Rusiyadan nüvə proqramına dəstək almaq istəyir, Laricani də bunları müzakirə edib.

“Bundan əlavə, Tehran Moskvadan Su-35 qırıcıları almağı, həmçinin, İsrailin zərbələri nəticəsində məhv edilmiş zenit müdafiə sistemlərinin bərpasına yardım etməsini istəyir. İran həm də ümid edir ki, Rusiya İsraillə müharibədə ciddi şəkildə zəifləmiş və hərbi arsenalının əhəmiyyətli hissəsini itirmiş “Hizbullah”ın yenidən silahlanmasına kömək edəcək. Laricani Moskvada İranın Rusiyaya göndərəcəyi dronları da müzakirə edib”, - nəşr yazır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ