Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İsrail Qəzzaya hücum etdi: 27-dən artıq ölən, yüzlərlə yaralı var
İsrail Qəzzaya hücum etdi: 27-dən artıq ölən, yüzlərlə yaralı var

 İsrail ordusunun Qəzza şəhərinə etdiyi hücum nəticəsində ən azı 27 nəfər həyatını itirib.

"The Guardian" və AP agentliklərinin məlumatına görə, hücum zamanı Tuffa bölgəsindəki məktəbə üç raket atılıb.

Bu məktəb Qəzza sakinləri tərəfindən sığınacaq kimi istifadə olunurdu. Hücum nəticəsində 14 uşaq və 5 qadın həyatını itirib, ümumilikdə 100-dən çox insan yaralanıb.

Bundan əlavə, hücumun təsirindən sonra Rafah bölgəsində yüzminlərlə insan sığınacaq axtararaq qaçıb.

İsrail ordusunun və daxili təhlükəsizlik xidmətinin birgə açıqlamasına görə, hədəf alınan bölgə HƏMAS-ın komanda mərkəzi olub.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti