Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Fidan Moskvadan sonra Kiyevə gedəcək
Fidan Moskvadan sonra Kiyevə gedəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün həftə sonu Kiyevə gedəcək.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd edək ki, Fidan hazırda Moskvada iki günlük səfərdədir. Bir gün əvvəl o, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski ilə görüşüb. Türkiyəli diplomat Rusiya prezidenti Vladimir Putin tərəfindən də qəbul edilib. Fidanın bu gün rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparacağı gözlənilir.
Məlumata görə, Hakan Fidan bu həftənin sonunda Ukrayna rəsmiləri ilə görüşmək üçün Kiyevə gedəcək.
Xatırladaq ki, nazir bundan əvvəl bəyan edib ki, Ukrayna üzrə danışıqların yeni raundu üzrə fundamental razılıq əldə olunub.
Adəm

Şərhlər