
Avropada iyunun 21-dən bəri davam edən güclü istilər xeyli insanın həyatına son qoyub. Musavat.com xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı iqlim dəyişikliyinin təhlükəli nəticələri ilə bağlı növbəti dəfə xəbərdarlıq edib.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, iyunun 21-dən etibarən Avropada yüksək temperaturla əlaqədar 1300-dən çox ölüm qeydə alınıb.
Onun sözlərinə görə, istilik stresi çox vaxt "səssiz qatil" adlandırılır. Qebreyesus vurğulayıb ki, Avropadakı binaların və şəhər infrastrukturunun böyük hissəsi belə ekstremal hava şəraitinə uyğun inşa edilməyib.
ÜST rəhbəri qeyd edib ki, iqlim dəyişikliyi və qlobal istiləşmə səbəbindən əvvəllər bir nəsildə cəmi bir dəfə baş verən güclü istilər artıq demək olar ki, hər il təkrarlanır.
Musavat.com






Şərhlər