Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Putindən acı etiraf: Benzin tapılmır
Putindən acı etiraf: Benzin tapılmır

Rusiya prezidenti Vladimir Putin ölkədə benzin qıtlığı və yanacaqdoldurma məntəqələrində yaranan növbələri etiraf edib.

Reportyor.tv xəbər verir ki, Putin bildirib ki, Rusiyanın ən iri neft emalı zavodları hazırda güclərinin son həddində fəaliyyət göstərir.

Onun sözlərinə görə, ölkə yanacaq ehtiyatlarından istifadə etməyə başlasa da, hazırda benzin ehtiyatları ötən ilin eyni dövründəki səviyyəyə yaxındır.

Rusiya prezidenti qeyd edib ki, buna baxmayaraq həm sürücülər, həm də biznes üçün problemlər qalmaqdadır. O bildirib ki, yanacaqdoldurma məntəqələrində növbələr hələ də mövcuddur və lazımi markalı benzini hər zaman tapmaq mümkün olmur.

Putin əlavə edib ki, vəziyyəti sabitləşdirmək məqsədilə dizel yanacağının ixracına tam qadağa qoyulması məsələsi də nəzərdən keçirilir.

Musavat.com

Şərhlər