
Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenskinin bəyanatlarının Belarus rəhbərliyinə təsir etmədiyini bildirib.
Reportyor.tv xəbər verir ki, Rusiya dövlət başçısı Belarus Prezidenti Aleksandr Lukaşenkonun bu növ təhdid və ya xəbərdarlıqlardan narahat olmadığını vurğulayıb. Putinin sözlərinə görə, Zelenskinin sərt çıxışları və hədə-qorxu xarakterli bəyanatları rəsmi Minskdə heç bir təşvişə və ya panikaya səbəb olmur. Rusiya lideri, həmçinin Zelenskinin ultimatumu barədə belaruslu həmkarı ilə ətraflı müzakirə aparmadığını da diqqətə çatdırıb.
Bununla yanaşı, Rusiya prezidenti belaruslu həmkarına humanitar sahədə, xüsusilə də əsirlərin mübadiləsi məsələsində göstərdiyi səylərə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, son dövrlərdə Ukrayna və Belarus sərhədində hərbi aktivliyin artması ilə bağlı tərəflər arasında qarşılıqlı ittihamlar və bəyanatlar kəskinləşib.
Musavat.com






Şərhlər