Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » "Sənətə gəlişimi anama borcluyam"
"Sənətə gəlişimi anama borcluyam"

"Anama minnətdaram ki, məni və 3 bacımı böyütdü. Hamımızı evlə təmin etdi. 15 yaşım olarkən atam şəhid olub. Anam əziyyətimizi çəkib".

Bu sözləri Əməkdar artist Təyyar Bayramov "Mədəni şou"da deyib. Xanəndə ailəsindən və sənətə gəlişindən danışaraq anasına və ustadına minnətdarlığını bildirib:

"Sənət həyatımda isə ustadım Mənsum İbrahimova borcluyam. Həyatda yaxşı insanlar var ki, qarşımıza çıxır. Amma hər şeyin səbəbkarı, yaşama səbəbim, gözümün nuru anamdır. Məni sənətə də anam gətirib. Məndən xəbərsiz Mənsum müəllimin yanına gedib və deyib ki, istedadlı oğlum var. Uşaq deyil, yaşı da var. Sənətimə gəlişimi onların adı ilə bağlıdır". (Axşam.az)

Şərhlər