Rusiyada körpü PARTLADILDI - 7 nəfər öldü, 70-ə yaxın yaralı var (YENİLƏNDİ)
Tarix: 1-06-2025, 10:32
Baxılıb: 155
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyada körpü PARTLADILDI - 7 nəfər öldü, 70-ə yaxın yaralı var (YENİLƏNDİ)

1-06-2025, 10:32

Bryansk vilayətində qatarın iştirakı ilə baş verən fövqəladə hadisə nəticəsində xəsarət alanların sayı 69-a çatıb.
Publika.az xəbər verir ki, nu barədə regionun qubernatoru Aleksandr Boqomaz məlumat verib.
O qeyd edib ki, onların arasında üç uşaq da var. Zərərçəkmişlərdən 3 nəfərin vəziyyəti ağırdır, onlardan biri uşaqdır, 44 nəfər xəstəxanaya yerləşdirilib, 22 nəfər ambulator müalicədədir.
Qeyd edilib ki, hadisə nəticəsində qatarın sürücü ölüb, ümumilikdə ölənlərin sayı 7-yə yüksəlib.
Qatar Moskva-Klimov marşrutu ilə hərəkət edib. Şahidlərin bildirdiyinə görə, çökmədən əvvəl dəmir yolu istiqamətindən güclü partlayış səsi eşidilib. Məlumatlara görə, körpünün partlayış nəticəsində çökməsi ehtimalı var.
xxx
02:12
Rusiyanın Bryansk vilayətinin Vıqoniçski rayonunda avtomobil körpüsü partladılıb.
Publika.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Bildirilib ki, nəticədə beton konstruksiya körpünün altından keçən sərnişin qatarının üzərinə aşıb.
"Bryansk vilayətində körpünün uçması nəticəsində 4 nəfər ölüb. İlkin məlumata görə, partlayış olub. Qurbanların hamısı Vıqoniçski rayonunda körpünün uçduğu Klimov-Moskva qatarının sərnişinləri olub", - "Baza" "Telegram" kanalın yaydığı məlumatda deyilir.
Son məlumata görə, körpünün uçması nəticəsində xəsarət alanların sayı 44-ə çatıb.
Faktla bağlı araşdırma aparılır.
Hüseyn İbadlı


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ