İstanbulda keçirilən danışıqlarda Rusiya Ukraynaya sülh memorandumunu təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Bildirilir ki, təqdim olunan sənəddə Moskva atəşkəs və müharibənin dayandırılması üçün təklif etdiyi şərtləri açıqlayıb.
Qeyd edək ki, bu gün İstanbulda Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu baş tutub. Tərəflər Ukrayna böhranının həllini müzakirə ediblər. Danışıqlar bir saatdan çox davam edib və rus dilində aparılıb.