Qərb Ukraynada öz məğlubiyyətini və münaqişənin bitdiyini bəyan edəcək vəziyyətdə deyil.
Publika.az xəbər verir ki, bunu türkiyəli politoloq, “Ankara-Moskva” ekspert-analitik şəbəkəsinin aparıcı eksperti Engin Özer bildirib.
Onun sözlərinə görə, bu danışıqların irəli getməsinin mühüm əlaməti əsirlərin mübadiləsidir. O əlavə edib ki, Ukrayna üzrə sülh danışıqlarının yekun mərhələsi yəqin ki , çox yaxın vaxtlarda Türkiyədə baş tutacaq.
Ekspertin fikrincə, gələcək razılaşmanın mühüm məqamlarından biri Rusiyaya qarşı sanksiyaların ləğvi olacaq.
“Biz müharibənin Qərbin məğlubiyyəti ilə sona çatdığı bir dövrə girdiyimizi deyə bilərik, lakin Qərb bunu açıqlamaq iqtidarında deyil”, - deyə Özer vurğulayıb.
