
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ lideri Donald Tramp arasında telefon danışığı baş tutub.
Reportyor.tv "Haber Global"a istinadən xəbər verir ki, görüşdə İranla bağlı elan edilmiş atəşkəs başda olmaqla, bölgədəki son proseslər müzakirə edilib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən məlumata görə, liderlər ötən gecədən etibarən qüvvəyə minən atəşkəs və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Ərdoğan bütün dünya üçün olduqca çətin və gərgin keçən 40 günlük dövrün ardından yaranan iki həftəlik fürsət pəncərəsinin çox vacib olduğunu vurğulayıb.
O, bu müddətin qalıcı sülh sazişi üçün səmərəli qiymətləndirilməsinin və prosesin pozulmasına imkan verilməməsinin vacibliyini qeyd edib.
Ərdoğan həmçinin Pakistan başda olmaqla, dost və qardaş ölkələrlə birlikdə həyata keçirilən həll səylərinə Türkiyənin dəstəyinin artaraq davam edəcəyini xüsusi vurğulayıb.
Musavat.com






Şərhlər