Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Regionda gərginlik, Tehranda bayram: İran özünü qalib sayır
Regionda gərginlik, Tehranda bayram: İran özünü qalib sayır

ABŞ-la elan edilən atəşkəsdən sonra İran əhalisi küçələrə axışıb.

Reportyor.tv xəbər verir ki, Mehr agentliyi bunu əhalinin İranın ABŞ üzərində “qətiyyətli” qələbəsini bayram etməsi kimi təqdim edib.

Agentliyin yaydığı görüntülərdə İran paytaxtının ən uzun küçəsi olan Vəli Əsr küçəsində çəkilmiş videoda yüksək musiqinin səsləndirilməsi və insanların İran bayraqlarını dalğalandırması görünür.

Bundan əvvəl isə İranın Ali Milli Təhlükəsizlik Şurası Tehranın qələbəsini, ABŞ və İsrail üçün isə "sarsıdıcı məğlubiyyət" elan edib. Press TV bəyanatdan bir hissəni sitat gətirərək bildirib ki, "İran və müqavimət qüvvələri regionda Amerika hərbi maşınını demək olar ki, tamamilə məhv edib".

Bəyanatda həmçinin İrana qarşı müharibəyə hazırlıq məqsədilə "düşmənin illərdir regionda qurduğu və yerləşdirdiyi" "dağıdıcı və dərin infrastruktur və potensiala qarşı zərbələr"dən də bəhs edilib.


Musavat.com

Şərhlər