Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » SON DƏQİQƏ: DİN Füzulidə əməliyyat keçirdi - Həbs edilənlər var
SON DƏQİQƏ: DİN Füzulidə əməliyyat keçirdi - Həbs edilənlər var

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən Telman Nəsirov və Elşad Məhərrəmov Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarımın həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Reportyor.tv-ə bildirilib ki, onlara məxsus nəqliyyat vasitəsindən 15 kiloqram marixuana və 2970 ədəd psixotrop tərkibli metodon həbi aşkarlanıb. Saxlanılan şəxslərin müxtəlif İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri qazanc əldə etmək və müxtəlif ünvanlara yerləşdirmək məqsədilə əldə etdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Musavat.com



Şərhlər