Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » 25 kiloqram qızılı məhkəmə binasından BELƏ ÇIXARIBLAR
25 kiloqram qızılı məhkəmə binasından BELƏ ÇIXARIBLAR

İstanbulda məhkəmə binasında baş verən böyük oğurluq hadisəsinin ilk görüntüləri üzə çıxıb.

Reportyor.tv xəbər verir ki, məhkəmə binasında işləyən Erdal Timurtaşın ümumi dəyəri 147 milyon lirə olan 25 kiloqram qızıl və 50 kiloqram gümüşü adi alış-veriş səbəti ilə çıxarması təhlükəsizlik kameralarına düşüb.

İddiaya görə, uzun müddət işə gəlməyən Erdal Timurtaşın fəaliyyətindən şübhələnən prokurorluq depozit ofisindəki seyflərin açılmasını tələb edib. Seyflər açıldıqda onların tamamilə boş olduğu müəyyən edilib. İlkin araşdırma təqribən 25 kq qızıl və 50 kq gümüşün oğurlandığını ortaya çıxarıb.

Hadisədən sonra prokurorluq Erdal Timurtaş haqqında həbs qərarı çıxarıb. Araşdırma zamanı bəlli olub ki, Timurtaş həyat yoldaşı və övladları ilə birlikdə 19 noyabr 2025-ci il səhər saatlarında Sabiha Gökçen Hava Limanından Böyük Britaniyaya uçub. Digər şübhəli Kemal D. isə polis tərəfindən saxlanılıb.

Təhlükəsizlik kameralarına düşən görüntülərdə Erdal Timurtaşın ərzaq arabası ilə anbara girdiyi, qızıl və gümüşü səbətə doldurduğu və daha sonra heç bir maneə ilə qarşılaşmadan çıxış qapısından uzaqlaşdığı görünür.

Büyükçekmece Ədliyyəsində baş verən bu böyük oğurluq hadisəsi Türkiyədə geniş rezonans doğurub və istintaq davam edir.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti