Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Ağ Evdə iki ölkə arasında sülh sazişi imzalandı
Ağ Evdə iki ölkə arasında sülh sazişi imzalandı

Konqo Demokratik Respublikası və Ruanda prezidentləri Feliks Tşisekedi və Pol Kaqame Vaşinqtonda ölkələri arasındakı münaqişəni sülh yolu ilə həll etmək üçün saziş imzalyıblar.

Reportyor.tv xəbər verir ki, vasitəçi kimi çıxış edən ABŞ prezidenti Donald Tramp da sazişi imzalayıb. Sənədi imzalamazdan əvvəl Tramp bildirib: "Bu, fantastik bir gündür, ABŞ, dünya və bu iki ölkə üçün əla bir gündür".

Saziş rəsmi olaraq "KDR prezidentləri Feliks Tşisekedi və Ruanda prezidentləri Pol Kaqame arasında Sülh və Rifah üçün Vaşinqton Sazişləri" adlanır. Bu saziş Ruanda və Konqo Demokratik Respublikası tərəfindən bu ilin iyun ayında imzalanan sazişi genişləndirir.

Tramp həmçinin hər iki ölkə ilə Vaşinqton və Amerika şirkətlərinə regionda nadir torpaq metallarına çıxış imkanı verəcək ikitərəfli sazişlər imzalamaq niyyətində olduğunu açıqlayıb.

Qərb mediasının məlumatına görə, bəzi ekspertlər qeyd edirlər ki, sazişin münaqişəyə dərhal və tam son qoyulmasına gətirib çıxaracağı ehtimalı azdır.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti