
Silahlı qüvvələrin şəxsi heyətinə xüsusi mesajım var: Siz İranın milli ordususunuz, İslam Respublikasının yox.
Axar.az xəbər verir ki, bunu İran şahının oğlu Rza Pəhləvi deyib.
“Sizin çox vaxtınız qalmayıb. Ən qısa zamanda xalqa qoşulun”, - o bildirib.
Qeyd edək ki, İranda 2025-ci il dekabrın 28-dən milli valyutanın devalvasiyası ilə bağlı kütləvi etirazlar başlayıb. Baş verən etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri də daxil olmaqla, ölənlərin sayının 3000 nəfərə çatdığı bildirilir.
İdxalın dayanması ölkəmizdə daxili bazarda ciddi qiymət artımına səbəb ola bilər
ABŞ Prezidenti Donald Trampın qərarına əsasən İranla ticarət aparan bütün ölkələr bundan sonra ABŞ ilə ticarətində 25 faiz gömrük rüsumu ödəyəcəklər.
Qərarın icra mexanizmi hələ açıqlanmayıb. Böyük ehtimalla, onu qərar veriləndən sonra İranla ticarəti dayandırmayan ölkələrə qarşı tətbiq edəcəklər.
İranla ticarəti olan Azərbaycan üçün də Trampın qərarının ciddi mənfi nəticələri olacaq. İlk növbədə onu qeyd edək ki, qərardan hər hansı istisna əldə edilməsə, Azərbaycan məcbur olacaq İranla bütün ticarəti dayandırsın. Çünki Trampın qərarından sonra ticarətin davam etdirilməsi açıq şəkildə ona qarşı getmək kimi qiymətləndiriləcək, bu isə iqtisadi zərərdən daha çox siyasi nəticələrə gətirib çıxara bilər.
İqtisadi baxımdan yanaşsaq, hər iki ölkə üzrə ticarətdə Azərbaycanın idxalı ixracından on dəfədən çox azdır. Eyni zamanda ABŞ-a ixracımızın həcmi İrana ixracımızdan 12 dəfədən çox daha artıqdır. Bu baxımdan, İrana ixracın dayanması Azərbaycan üçün daha az təsirli ola bilər. Lakin idxal məsələsində bunu söyləmək mümkün deyil.
2025-ci ilin yanvar-noyabrında Azərbaycanla İran arasında ticarətin həcmi 568 milyon 106.44 dollar təşkil edib: 558 milyon 705.86 min dollar İrandan Azərbaycana, cəmi 9 milyon 400.58 min dolları, əksinə, ixrac olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz azalma deməkdir. Ötən ilin eyni dövründə qarşılıqlı ticarət 583 milyon 645.89 min dollar olub. Bunun 570 milyon 776.23 min dolları Azərbaycanın idxalının, 12 milyon 869.66 min dolları isə ixracının payıdır. Ticarətdəki azalmanın əsas səbəbi may-iyun aylarında İran-İsrail, İran-ABŞ toqquşmasıdır.
Gündəmdəki bütün xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat






Şərhlər