Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » "Yaprak dökümü"nün aktrisasının acı günü — Ad günündə dünyasını dəyişdi
"Yaprak dökümü"nün aktrisasının acı günü — Ad günündə dünyasını dəyişdi

Məşhur aktrisa Bennu Yıldırımlar ağır itki ilə üzləşib. "Yaprak dökümü" serialının unudulmaz Fikret obrazının atası Vedat Yıldırımlar dünyasını dəyişib.

Aktrisa bu kədərli xəbəri sosial media hesabında izləyiciləri ilə bölüşüb. Atasının məhz fevralın 14-də, öz doğum günündə vəfat etməsi hər kəsi sarsıdıb. Bennu Yıldırımlar atasını həyat yoldaşı Emel Yıldırımların yanına, sonsuzluğa uğurladıqlarını bildirib. O, atasının prinsiplərinə sadiq, Nazim Hikmətin şeirlərini əzbər bilən və hər zaman ümidini qoruyan insan olduğunu qeyd edib.

Aktrisanın bu paylaşımı qısa müddətdə minlərlə başsağlığı mesajı alıb. İzləyicilər və sənət dostları ulduzun kədərinə şərik çıxıblar.\\Demokrat.az 

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti