Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Günəşdə bütün ləkələr yox oldu, "kiçik buzlaşma dövrü" qayıdır?- FOTO
Günəşdə bütün ləkələr yox oldu, "kiçik buzlaşma dövrü" qayıdır?- FOTO

Astronomlar Yer kürəsi üçün həyati əhəmiyyət kəsb edən Günəşdə baş verən anomal hadisə ilə bağlı dünyanı şoka salacaq bir bəyanat yayıblar.


Musavat.com xəbər verir ki, məlumata görə, Günəşin səthindəki bütün tünd ləkələr tamamilə yoxa çıxıb.

Elmi araşdırmalar göstərir ki, Günəşdəki tünd ləkələr maqnit sahəsinin xüsusilə güclü olduğu nöqtələrdə yaranır. Bu ləkələrin yox olması ulduzun aktivliyinin minimum həddə düşdüyünü və maqnit sahəsinin zəiflədiyini göstərir.

Alimlər xatırladırlar ki, Günəş ləkələrinin uzun müddət görünmədiyi ən məşhur dövr 1645-1715-ci illəri əhatə edib. Tarixə "Maunder minimumu" kimi düşən həmin dövrdə Avropa və Şimali Amerikada anomal dərəcədə soyuq qış ayları yaşanmış, çaylar və dəniz sahilləri tamamilə donmuşdu. Ekspertlər Günəşin indiki "təmiz" vəziyyətinin Yer kürəsində yeni bir "Kiçik buzlaşma dövrü"nə yol aça biləcəyindən ciddi narahatdırlar.

Hazırda dünya elmi ictimaiyyəti bu prosesin nə qədər davam edəcəyini və iqlimə birbaşa təsirlərini yaxından izləyir. Əgər bu "səssizlik" uzun sürərsə, bəşəriyyəti son əsrlərin ən sərt soyuqları gözləyir.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti