
İranın paytaxtı Tehranda gərginlik pik həddə çatıb – dövlət tele-radio şirkəti, kəşfiyyat qurumunun binası və şəhər mərkəzində yerləşən xəstəxana raket zərbələrinə məruz qalıb.
Reportyor.tv xəbər verir ki, bu barədə əvvəlcə İranın SNN agentliyi məlumat yayıb. Bildirilir ki, İran Dövlət Televiziyası və Radio Şirkətinin binası zərbələr nəticəsində ciddi ziyan görüb. Eyni zamanda, İran Kəşfiyyat Nazirliyinin inzibati binasının və Tehranın mərkəzində yerləşən “Qandi” xəstəxanasının da raket hücumuna məruz qaldığı iddia olunur. Bu məlumatı “Al Hadath” telekanalı yayıb.
Tramp: “İranın Hərbi Dəniz Qüvvələrinin qərargahını məhv etdik”
ABŞ Prezidenti Donald Tramp isə açıqlamasında Vaşinqtonun İranın Hərbi Dəniz Qüvvələrinin qərargahını məhv etdiyini və doqquz hərbi gəmini batırdığını bildirib. Onun sözlərinə görə, əməliyyatlar davam edir və digər hədəflər də sıradan çıxarılacaq.
Tramp əlavə edib ki, hücumlar İranın hərbi infrastrukturuna ciddi zərbə vurub və regiondakı qüvvələr balansını dəyişib.
Tasnimdən əks iddia: “Dubayda CIA qərargahı vurulub”
İrana yaxınlığı ilə tanınan Tasnim agentliyi isə əks istiqamətli sensasion iddia ilə çıxış edib. Bildirilir ki, Dubayda yerləşən CIA qərargahına endirilən zərbə nəticəsində altı yüksək rütbəli amerikalı zabit həlak olub, daha iki nəfər yaralanıb.
Musavat.com






Şərhlər