Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İranda yüksək rütbəli generalların öldüyü iddia olunur
İranda yüksək rütbəli generalların öldüyü iddia olunur

İran mediasında yayılan məlumatlara görə, İsrail və ABŞ-nin İrana hücumu zamanı İran İslam Respublikasının Silahlı Qüvvələrinin bir sıra yüksək rütbəli komandirləri həlak olub.

Reportyor.tv xəbər verir ki, məlumatı İranın yarırəsmi agentliyi Tasnim News Agency yayıb.

Bildirilir ki, ölənlər arasında aşağıdakı yüksək vəzifəli şəxslər var:

▪️ General-mayor Məhəmməd Şirazi – Ali Baş Komandanın Baş Qərargah rəisi
▪️ General-mayor Saleh Əsədi – Silahlı Qüvvələrin Baş Qərargahı, kəşfiyyat üzrə rəis müavini
▪️ General-mayor, pilot Möhsin Dərre Baği – Silahlı Qüvvələrin hazırlıq və dəstək üzrə rəis müavini
▪️ General-mayor Əkbər İbrahimzadə – Ali Baş Komandanın Baş Qərargah rəis müavini
▪️ General-mayor Qulamrza Rəzəiyan – FARAJA Kəşfiyyat Təşkilatının rəhbəri
▪️ General-mayor Bəhram Hüseyni Mütləq – Baş Qərargahın Plan və Əməliyyatlar İdarəsinin rəisi
▪️ General-mayor Həsənəli Tacik – Baş Qərargahın Hazırlıq İdarəsinin rəisi

Hazırda məlumatla bağlı İranın rəsmi dövlət qurumlarından geniş açıqlama verilməyib. Hadisənin detalları və itkilərin miqyası dəqiqləşdirilir.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti