
ABŞ-nin "Avraam Linkoln" təyyarədaşıyan gəmisinə hücum uğursuz olub - raketlər gəmiyə çatmayıb.
Reportyor.tv xarici mediaya istinadla xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı hücumu təsdiqləyərək, atılan raketlərin təyyarədaşıyan gəmiyə yaxınlaşmadığını vurğulayıb.
Komandanlıq bildirib ki, "Avraam Linkoln" İran rejimindən gələn təhdidləri aradan qaldırmaqla Amerika xalqını qorumaq kampaniyasına dəstək olaraq bölgədə missiyalar həyata keçirir və təyyarələr buraxır.
Bu, esmines nüvə enerjisi ilə işləyir və Nimitz sinfindəki beşinci gəmidir.
Gəmi 1989-cu ildən istismardadır. Onun tikintisinə 4,5 milyard dollar xərclənib.
Musavat.com






Şərhlər