Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İsraildən İran əməliyyatı ilə bağlı MÜHÜM AÇIQLAMA: "777 nəfər..."
İsraildən İran əməliyyatı ilə bağlı MÜHÜM AÇIQLAMA: "777 nəfər..."

İsrailin Səhiyyə Nazirliyi "Kükrəyən Aslan" hərbi əməliyyatı çərçivəsində ölkə üzrə xəstəxanalara müraciət edən və hospitallaşdırılan şəxslərin sayını açıqlayıb.

Reportyor.tv rəsmi rəqəmlərə görə, ümumilikdə 777 nəfər tibbi yardım üçün müraciət edib.

Hazırda tibbi müəssisələrin stasionar və qəbul şöbələrində 86 yaralı qalmaqdadır. Nazirlik xəsarət alanların vəziyyəti barədə bu təfərrüatları bölüşüb:

4 nəfər ağır vəziyyətdədir (onlardan ikisinin vəziyyəti birbaşa raket zərbələri ilə əlaqəli deyil);

20 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir;

58 nəfər qənaətbəxş vəziyyətdədir;

4 nəfər isə hazırda tibbi müayinədən keçir.

Bildirilir ki, yaralıların böyük bir hissəsi İranın Tel-Əviv istiqamətində atdığı ballistik raketin düşdüyü ərazidə xəsarət alanlardır. Həmçinin, onlarla insanın hava həyəcanı siqnalı zamanı sığınacaqlara qaçarkən müxtəlif dərəcəli travmalar aldığı qeyd olunub. İsrailin təhlükəsizlik və xilasetmə xidmətləri zərbə endirilən nöqtələrdə işlərini davam etdirir.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti