Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Ərinin tabutu başında məşuqəsi ilə SAÇYOLDUYA ÇIXDI
Ərinin tabutu başında məşuqəsi ilə SAÇYOLDUYA ÇIXDI

Ərini itirən qadın dəfn mərasimi zamanı gözlənilməz vəziyyətlə üzləşib.

Hadisə şahidlərinin sözlərinə görə, mərasim zamanı iştirakçılardan birinin həddindən artıq emosional şəkildə ağlaması dul qadının diqqətini çəkib. Bu davranış ona şübhəli göründüyü üçün qadın həmin şəxsin mərhumla hansı münasibətdə olduğunu soruşmaq qərarına gəlib.

Sual qarşısında qalan qadın isə sözləri ilə hamını təəccübləndirən etiraf edib. O, dünyasını dəyişən kişinin gizli münasibətdə olduğu sevgilisi olduğunu bildirib. Bu açıqlama mərasimdə gərginliyin artmasına səbəb olub.

Qısa müddət ərzində tərəflər arasında mübahisə yaranıb və söz davası fiziki qarşıdurmaya çevrilib. Nəticədə, dul qadınla məşuqə arasında əlbəyaxa dava baş verib.

Hadisə ilə bağlı yayılan görüntülər sosial mediada sürətlə yayılaraq istifadəçilər arasında geniş müzakirələr doğurub.//Milli.Az

Meksikada baş verən hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti