Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sağlamlıq » Saqqızın tərkibindəki bu maddə faydalı imiş...
Saqqızın tərkibindəki bu maddə faydalı imiş...

Saqqızın tərkibindəki ksilit ağız boşluğu üçün faydalı imiş.

Bu barədə "InWhite Medical" və "InWhite Medical Kids" klinikasının gigiyena və profilaktika şöbəsinin müdiri Natalya Yefimova Gazeta.ru ilə söhbətindəməlumat verib.

O bildirib ki, ksilit tüpürcək ifrazını güclü şəkildə stimullaşdıraraq antibakterial effekt yaradır.

"Çeynəmə prosesi və dad reseptorlarının aktivləşməsi tüpürcək vəzilərini daha intensiv işləməyə məcbur edir. Tüpürcək təbii qoruyucu baryerdir: o, qida qırıntılarını yığır, bakteriyaların ifraz etdiyi turşuları neytrallaşdırır və mina qatını kalsium və fosfatla zənginləşdirərək onu remineralizasiya edir", - deyə həkim izah edib.

Karies yaradan bakteriyalar ksiliti udur, lakin onu emal edə bilmirlər, nəticədə məhv olurlar. Buna görə də saqqızdan müntəzəm istifadə ağız boşluğundakı patogenlərin sayını azaldır və onların dişlərə yapışmasına mane olur.

Stomatoloqun sözlərinə görə, saqqızdan istifadə edərkən üç qaydaya riayət etmək vacibdir: şəkərsiz tərkibləri seçmək (çünki şəkər bakteriyaları qidalandırır və dişləri məhv edir); dişləri yormamaq üçün yalnız 5-15 dəqiqə çeynəmək; saqqızdan yalnız yeməkdən sonra istifadə etmək (çünki acqarına istifadə etdikdə mədə selikli qişasına zərər vura bilər). (Publika.az)

Şərhlər