“Qərb Rusiyanın İrəvana təsirini azalda bilmir” – Mixail Neyjmakov
Tarix: 1-11-2022, 11:10
Baxılıb: 162
Google+ Paylaş
Tumblr Paylaş

“Qərb Rusiyanın İrəvana təsirini azalda bilmir” – Mixail Neyjmakov

1-11-2022, 11:10

“Aydındır ki, ATƏT və Aİ-nin müşahidəçi qruplarının Ermənistana gəlişi Moskvada böyük ruh yüksəkliyi yarada bilməzdi. Eyni zamanda, həmin missiyaların regionda sadəcə mövcud olması Qərb oyunçularının İrəvana təsirini çətin ki əhəmiyyətli dərəcədə artıra bilsin. Bu missiyaların münaqişə tərəflərinə təsir etmək vasitələri yoxdur”.
“Moskva İrəvana təzyiq göstərməyə çalışacaq”- Aleksandr RazuvayevBu sözləri AzVision.az -a açıqlamasında rusiyali politoloq, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov deyib. Onun sözlərinə görə, ola bilsin Nikol Paşinyanın komandası hesab edir ki, bu missiyaların işi rəsmi Yerevanın Moskva ilə dialoqda mövqelərini gücləndirən əlavə amil olacaq. Ancaq İrəvan təhlükəsizlik sahəsində Qərb oyunçularından konkret təminat almır.
“Qərb oyunçularının İrəvana digər təsir vasitələrindən danışsaq, məsələn, Aİ-dən Ermənistana əlavə maliyyə yardımı mövzusunun aktiv gündəmdə qaldığını xatırlada bilərik. Misal üçün, Brüsselin investisiya və iqtisadi proqramlar çərçivəsində 2026-cı ilə qədər İrəvana 2,4 milyard avro ayıracağı ilə bağlı razılıq var. Bununla belə, Aİ və ABŞ-ın İrəvanla münasibətlərə qoyduqları sərmayələr Rusiyanın Ermənistana təsirini əhəmiyyətli dərəcədə azaltmaq üçün hələ ki kifayət etmir”,- Neyjmakov vurğulayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ