Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Fransada koronavirusa yoluxanların sayı 165 mini keçib
Fransada koronavirusa yoluxanların sayı 165 mini keçib

Fransada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı son bir gündə təxminən 17 min nəfər artaraq ümumilikdə 165 mini keçib.
APA xəbər verir ki, bunu Respublika Baş Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon bildirib.
Onun sözlərinə görə, Fransada hazırda COVID-19 testi müsbət nəticə vermiş 114 295 nəfər var. Virus qurbanlarının sayı 17 920 nəfərdir, onlardan 11 mindən çoxu tibb müəssisələrində dünyasını dəyişib. Gün ərzində xəstəxanalarda 753 nəfər ölüb.
Salomon bildirib ki, bu gün tibb müəssisələrinin reanimasiya şöbələrində 6248 xəstə var – bu, əvvəlki göstəricidən 209 nəfər azdır: “Epidemiya başlayandan bəri 32 812 nəfər sağalaraq evlərinə buraxılıb”.
Qeyd edək ki, epidemiyanın başlanğıcından bugünədək Fransada 165 027 nəfər koronavirusa yoluxub.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti