
"Fransa prezidenti Emmanuel Makron Ukraynadakı münaqişəni dayandıra bilməyəcək".
reportyor.tv xəbər verir ki, Fransa liderinin böhranı həll edə bilməməsini Almaniya üçün Alternativ fraksiyasından olan Bundestaqın deputatı, parlamentin iqlimin qorunması və energetika komitəsinin üzvü Şteffen Kotre bildirib .
Almaniyalı siyasətçi izah edib ki, münaqişəni sona çatdırmaq üçün açar təkcə Rusiya deyil , həm də ABŞ-dadır: "Eyni zamanda, sülh danışıqlarının tərəfdarı olan Makronun mövqeyi, əksinə, “birtərəfli qarşıdurma” aparan Avropa İttifaqının (Aİ) siyasətindən xeyli fərqlənir".
Onun sözlərinə görə, Paris “öz vurğularını yerləşdirir”, rəsmi Aİ isə çox vaxt ABŞ-ın maraqlarından çıxış edir ki, bu da həmişə Avropa maraqları ilə üst-üstə düşmür.
"Çin özünün birtərəfli qaydada Qərbin məsuliyyət daşıyacağı münaqişəyə cəlb olunmasına imkan verməyəcək", - alman siyasətçi bildirib.
Şərhlər