Tərtərdə RİH-i başçısının sürücüsü hansı əsasla məcburi köçkünə məxsus mənzildə yaşayır?—ŞOK FAKTLAR
Tarix: 27-07-2020, 00:15
Baxılıb: 296
Google+ Paylaş
Tumblr Paylaş

Tərtərdə RİH-i başçısının sürücüsü hansı əsasla məcburi köçkünə məxsus mənzildə yaşayır?—ŞOK FAKTLAR

27-07-2020, 00:15

Ölkəmizdə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlərin görülməsinə, mərhum prezident Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə başlanılması danılmaz həqiqətdir. Məlum olduğu kimi, illər keçdikcə neft strategiyasının uğurla həyata keçirilməsi səbəbindən, əldə olunan gəlirlər hesabına qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlik addımlar atıldı və mərhələli şəkldə çadır düşərgələrinin ləğvi də həyata keçirildi. Bu istiqamətdə həyata keçirilən tədbirlər Prezident İlham Əliyev tərəfindən də davam etdirildi və çox keçmədi ki, çadır düşərgələrinin ləğvi tam şəkildə başa çatdırıldı. Yəni, fakt budur ki, hazırda məcburi köçkünlərin çoxu müasir tipli yeni qəsəbələrə köçürülüblər, onlara məşğulluq və təsərrüfatçılıq imkanları və s. yaradılıb. 2004-cü ildə cənab Prezident tərəfindən təsdiqlənmiş “Dövlət Proqramı”na ​ əsasən, məcburi köçkünlərin daha çox hissəsinin mənzil-məişət şəraiti, məşğulluğu və digər tədbirlərin əksəriyyətinin icrası təmin olunub, qalanlarının icrası üzrə işlər isə, bu gün də yerinə yetirilməkdə davam edir. Bütün bunlara baxmayaraq, hal-hazırda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin struktur vahidlərində çoxsaylı vəzifə sahibi olan​ şəxslər var ki, onlar atılan addımlardan sui-istifadə edir, ​ maddi maraqlarının təmin olunmasına çalışır və digər qanunsuzluq əməllərinə qol qoyurlar. Məsələn, adicə bir faktı qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində yaradılmış Mənzil İstismar Departamentinə, müasir üslubda inşa olunmuş 112 qəsəbənin saxlanılması üçün dövlət büdcəsindən təqribən 7 milyona yaxın vəsait ayrılır. O halda sual oluna bilər ki, görəsən həmin qəsəbələrin saxlanılması üçün bu qədər məbləğdə ayrılan vəsaitlərin xərclənməsindən Mənzil-İstismarı sahələri rəislərinin xəbəri varmı?​ Yəni, həmin vəsaitlər​ ​ ​ ​ yolların təmiri, binaların bloklarının təmiri, parkların saxlanması və s. kimi işlərin görülməsinə xərclənməlidir.

​ ​ ​ Bundan əlavə, görəsən dövlətin məcburi köçkünlərə verdiyi mənzillərin kirayə verilməsi haqda jek rəislərinin də xəbərləri varmı?. Məsələn, faktdır ki, Tərtərdə yeni salınmış qəsəbələrin bəzi mənzilləri kirayə verilib və həmin mənzillərdə məcburi köçkün statusu olmayan ailələr yaşayırlar. Məsələn, bir neçə faktın varlığını qeyd edək.

1.​ Alışanov Elsevər Məhəmməd oğlu- Laçın rayonundan məcburi köçkündür və ​ bu şəxsin 4 nəfərlik ailə üzvlərinin məcburi köçkün statusları olduğundan, onlara dövlət tərəfindən Tərtərdə inşa olunmuş 28-ci binanın 1-ci mənzili verilib. Bu gün həmin mənzildə adını və soyadını qeyd etdiyimiz məcburi köçkün ailəsinin üzvləri deyil, məhz Tərtərin RİH-nin başçısı Müstəqim Məmmədovun sürücüsü yaşayır. Bu haqda icra başçısı lazımı məlumatlara da malikdir.

2.​ Quliyev Şöhrət Əjdər oğlu-Ağdərə rayonundan məcburi köçkündür və bu şəxsin məcburi köçkün statusu olduğundan, ona dövlət tərəfindən Tərtərdə inşa olunmuş 2-ci binanın 14-cü mənzili verilib. Onu da qeyd edək ki, bu şəxs Tərtər rayonunda qeydiyyatdadır və onun adına rayonun Qaradağlı kəndində torpaq sahəsi və ev var.

3.​ Sailov Rəhman Allahverdi oğlu- Kəlbəcər rayonundan məcburi köçkündür və bu şəxsin 4 nəfərlik ailə üzvlərinin məcburi köçkün statusları olduğundan, onlara dövlət tərəfindən Tərtərdə inşa olunmuş 5-ci binanın 24-cü mənzili verilib. Bu gün həmin mənzildə adını və soyadını qeyd etdiyimiz məcburi köçkün ailəsinin üzvləri deyil, məhz rayondakı “Yeni qəsəbənin” bağça müdirəsi yaşayır.

​ ​ ​ ​ Sadaladıqlarımız belə bir faktlardan əlavə, hazırda Abşeron rayonunun Mehdiabad qəssəbəsindəki “Gənclər şəhərciyi”ndə də, məhz məcburi köçkünlər üçün inşa olunmuş mənzillərdə yerli sakinlər kirayədə yaşayırlar. Sual oluna bilər ki, görəsən dövlət tərəfindən məcburi köçkünlərə müvəqqəti sığınacaq məqsədilə verilmiş mənzillərdə kirayədə yaşayanlara şəraiti yaradanlar kimlərdir və belə bir ​ qanusuzluqlardan MİS-i rəislərinin xəbərləri varmı?. Əgər varsa, həmin vəzifə sahibləri tərəfindən niyə lazımi ölçü götürülmür? Hansı əsasla hər ay kirayə verilmiş mənzillərdən 50 manat pul alınır? Dolaşan söz-söhbətlərə görə, bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sturukturlarında elə bir qanunsuzluqlar, elə bir həngamlər, elə bir haqsızlıqlar yaşanır ki, qaçqın və məcburi köçkünlərin çoxu Rövşən Rzayevin bugünkü idarəçiliyinə etiraz edib, sabiq komitə sədri Əli Həsənovun ölənlərinə rəhmət oxuyurlar. Belə olan halda deyirlər: “Yağışdan çıxıb yağmura düşdük”.

​ ​ ​ Bundan əlavə, görəsən sayı-hesabı bilinməyən sayda qanunsuzluqlara qol qoyan vəzifə sahiblərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”ndan xəbərləri yoxdurmu? Necə olur ki, hər ay kirayə verilmiş mənzillərdən təqribən 100 min manatdan çox vəsait yığılır və o halda sual oluna bilər ki, görəsən həmin vəsaitlər hansı sahələr üzrə xərclənir, yaxud da xərclənirmi? ​ ​ ​

​ ​ ​ Ümumiyyətlə, bu cür qanunsuzluqların bütün qaçqın qəsəbələrində yaşanması haqda xeyli məlumatlar əldə etmişik. Bütün bunlar haqda növbəti saylarımızda geniş açıqlamalarla çıxış edib, çoxsaylı oxucularımızı yaşananlarla bağlı məlumatlandırmağa da çalışacağıq.

GundemXeber.Az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ