Elxan Nəcəfov haqqında şikayətlər gəlməyə davam edir...
Tarix: 16-11-2024, 13:29
Baxılıb: 477
Google+ Paylaş
Tumblr Paylaş

Elxan Nəcəfov haqqında şikayətlər gəlməyə davam edir...

16-11-2024, 13:29

Elxan Nəcəfov haqqında şikayətlər gəlməyə davam edir. Təhsilmedia.az saytı olaraq Elxan Nəcəfov haqqında paylaşım etdikdən sonra şikayətlər gəlməyə davam edir.
İddia olunur ki,

-Direktorların işə qəbul müsabiqəsində rüşvətlə çoxlu sayda müəllimlər direktor adı almış və vəzifə ilə təltif olunmuşlar.

-Bundan əlavə əməkdar müəllim adı 5000 manata satışa çıxarılıb və pulu verəni bu adla təltif edirlər. Amma diqqətli şəkildə gübənli əllərdən pulu alırlar ki, hər hansı bir problem olmasın.

-Hərbiçi xanımına da rüşvət qarşılığında vəzifə vermişdir.

Amma təəssüflər olsun ki, tamamilə müəllimlərin haqlarını əllərindən almışlar. Bütün müəllimləri susdurub, hədə - qorxu gəlirlər. Bütün bunlar azmış kimi səsini çıxartmaq istəyəni də cəzalandırırlar. Qaldı ki, sosial mediada paylaşımların altına yazılan rəylərə. Bütün mənfi rəylər təmizlənir və saxta adlarla xoş sözlər yazılır.
Elxan Nəcəfov haqqında şikayətlər gəlməyə davam edir...


Sadəcə gülünc vəziyyət budur ki, o boyda Naxçıvan Muxtar Respublikası bir adamdan bu qədər qorxur. Deməli, verilməli sual budur ki, bu adamın arxasında kim var?

Keçən dəfə də sizə Emin Əmrullayev, Eşqi Bağırov, Elxan Nəcəfov və b. -n bir - biri ilə əlaqədar olduğunu, əslində ARTİ, TKTA, ETN və NMR TN-in eyni şəkildə bölüşdürülüb idarə edildiyini bildirmişdik. Eyni siyasətlə müəllimləri əllərində oyuncağa çevirib, hədə-qorxu ilə idarə etmək, təlim adı ilə, imtahan adı ilə, layihə adı ilə TƏHSİLİN BÜTÜN MALİYYƏSİNİ korrupsiya ilə əldə etmələri açıq-aşkar ortadadır. Bu qədər yeyinti ilə, bu qədər saxtakarlıq ilə mütləq mübarizə aparılmalı, aidiyyatı qurumlar dərhal tədbir görməlidir.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ