Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Foto » Hər şagird 10 manatdan gətirsin, şənbə-bazar EVDƏ QALSIN: Binəqədidəki 244 nömrəli məktəbdə RÜŞVƏT QALMAQALI - İDDİA
Hər şagird 10 manatdan gətirsin, şənbə-bazar EVDƏ QALSIN: Binəqədidəki 244 nömrəli məktəbdə RÜŞVƏT QALMAQALI - İDDİA

Binəqədi rayonu ərazisində fəaliyyət göstərən 244 nömrəli tam orta məktəbdə şagirdlərin hər birindən 10 manat tələb olunub.

Kainat.tv xəbər verir ki, bu barədə redaksiyamıza sözügedən məktəbin valideynləri məlumat verib.

İddia olunur ki, 244 nömrəli tam orta məktəbin direktoru Yahya Abbasov müavinlərinə böyük siniflərdə hər bir şagirddən 10 manat yığılmasını tapşırıb. Bildirilib ki, bayram ərəfəsində 10 və 11 ci sinif şagirdləri məktəbə gəlməyə bilər. Ancaq onun müqabilində hər bir şagird 10 manat ödəməlidir. Bu barədə valideynlərə məlumat verilib.

Etiraz əlaməti olaraq şagirdlərdən bəziləri məktəbə gəlməyi üstün tutub. Buna görə məktəbdə valideynlərdə müəllimlər arasında rüşvət qalmaqalıda yaşanıb.

Mövcud vəziyyətlə bağlı məktəb rəhbərliyi ilə əlaqə saxlasaqda lakin bu mümkün olmayıb. //den.az

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq.

Şərhlər