Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Foto » Qorxmaz Təhməzli vəzifəyə təyin olunandan biznes gəlirləri artıb - FAKT
Qorxmaz Təhməzli vəzifəyə təyin olunandan biznes gəlirləri artıb - FAKT

Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qorxmaz Təhməzli 2017-ci ilin dekabrında bu vəzifəyə təyin olunandan onun Slovakiyadakı şirkətinin gəlirlərində əhəmiyyətli artım olub.
"Kommersant.az" xəbər verir ki, bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli öz facebook səhifəsində paylaşıb.

"Q. Təhməzlinin biznes gəliri 2017-ci ildə gəlirlər 539 avrodan 2018-ci ildə 26886 avroya, ötən il isə 59307 avroya qədər yüksəlib.
Təyinatdan sonra cənab Təhməzli Bratislavadakı Saffran S.R.O-nu keçmiş AMİP-çi, professor Nazim İmanovun oğlu Cavidan İmanovun və Ukrayna vətəndaşı Svitlana Palamrçukun adına keçirmişdi. Yeri gəlmişkən, agentlik rəhbərinin Ukraynadakı eyniadlı şirkəti həmin ildən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun "Gilan Tekstil" şirkətinin məhsullarını bu ölkədə satmaq hüququnu əldə edib.

Vəzifə öz rolunu oynayır"-deyə C.Həsənli qeyd edib.

Qorxmaz Təhməzli vəzifəyə təyin olunandan biznes gəlirləri artıb

Şərhlər