Qanunsuz neft və qara mazut alverinə kimlərdir rəvac verən? (fakt)
Tarix: 6-09-2024, 00:05
Baxılıb: 561
Google+ Paylaş
Tumblr Paylaş

Qanunsuz neft və qara mazut alverinə kimlərdir rəvac verən? (fakt)

6-09-2024, 00:05

Bakı Qazax yolunda şıdırğı qanunsuz neft alveri gedir. Mütəmadi olaraq göz önündə olan Bakı Qazax yolunun 48-ci km ri bir çox dövlət qurumlarının gözündən necə ola bilər ki, yayına? Reportyor.tv olaraq təsadüfü qarşılaşdığımız bir qanunsuzluğu lazımı qurumların diqqətinə çatdırmağı və hansısa baş verəcəyi bir fəlakətin zamanında qarşısının alınmasını xəbərdar edirik. Belə ki, Bakı Qazax yolunun 48 ci km də qanunsuz neft və mazut alverinin təşkili ilə məşğul olan Sərxan adlı şəxs və onunla eyni işlə məşğul olan qardaşının Qobustan qəsəbəsində ki, obyektləriniə baxış keçirilsə bəlli olacaq ki, bu qardaşlar dövlət büccəsinə vurduqları ziyandan çox böyük təhlükə mənbəyidilər. Heç bir təhlükəsizlik əməllərinə əməl olunmadan, pərakəndə qaydada bəzi özəl və dövlət qurumlarına məxsus yük maşınlarından ucuz qiymətə aldıqları yanacaq növlərini şəxsi avtomobillərə qazanc məqsədi ilə sataraq vergidən yayınma, təhlükəsizlik əməllərinə əməl olunmadan, işçini muzdlu şəkildə işlətmək, (azyaşlıları istisna olmaqla) əmək müfəttişliyinə hesabat vermədən, Fövqəladə Hallar Nazirliyinin hər an təhlükə ilə üz-üzə qalmasına səbəb olacaq yollarla, oğurluqla, mənfəət əldə edənlərin haqqında hansısa tədbirin görülməsi mütləqdir. Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən iki qardaşlara aid bu kimi obyektlər insan təlafatına da gətirib çıxara bilər. Reportyor.tv olaraq hesab edirik ki, Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi adıçəkilən Qobustan yolunun 48 ci km dəki və Qubustanın içərisindəki, qardaşlara aid qanunsuz qara mazutla bərabər oğurluq hesab olunan yük maşınları üçün satılan neftin qarşısını alacaq. 
Hətda onu da vurğulayaq ki, çəkiliş apardığımız zaman çəkilişimizə etiraz edən Sərxan adlı şəxs bizim saytla bağlı Meydan.tv olan müxalif sayta bizlə bağlı şikayətin bildirib ki, sizin əməkdaşlar, güya qanunsuz çəkiliş edib. Bu yazı getməmişdən əvvəl Meydan Tv dən redaksiyamıza zəng olunaraq Sərxanın qanunsuz neft satışı ilə bağlı hansısa çəkilişimizin nədən ibarət olunması əməkdaşımızdan sorulub.
Mövzu diqqətimizdədir. Hesab edirik ki, araşdırma aparılaraq hüquqi qiymət veriləcək. 
Növbəti yazılarımızda video çəkilişlər və etiraflar siz oxucuların ixtiyarına veriləcək.
Güman edirik ki, Qaradağ rayon Fövqəladə Hallar Nazirliyinin Qaradağ rayon şöbəsi və bir çox qurumları bu nöqsandan xəbərdar olmaması mümkün deyil
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ