Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Yayılan xəbərlər ukraynalıları HƏRƏKƏTƏ GƏTİRDİ: "İrana zərbə endirin"
Yayılan xəbərlər ukraynalıları HƏRƏKƏTƏ GƏTİRDİ: "İrana zərbə endirin"

Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko İrana zərbə endirməyə çağırıb.
Publika.az xəbər verir ki, o, bu barədə özünün "Telegram" kanalında bildirib.
“Bizim İrana zərbə vurmağa haqqımız yoxdurmu? İran Rusiyanın müttəfiqidir. Silahları təhvil verir. İsrail heç də utancaq deyil. İstədiyi yeri istədiyi kimi vurur. Və heç bir problem yoxdur. Amma nədənsə Tehranda bizi heç qəbul etmirlər", - deputat yazıb.
O, həmçinin təcili olaraq İranın tədqiqi və təhlili mərkəzinin yaradılmasını, həmçinin İslam Respublikasında agent axtarışına başlamağa çağırıb.
Xatırladaq ki, sentyabrın 7-də ABŞ-ın CNN telekanalı mənbələrə istinadla İranın Ukraynada istifadə etmək üçün Rusiyaya qısa mənzilli ballistik raketlər ötürdüyünü bildirib. Daha sonra İran Xarici İşlər Nazirliyi bu xəbərləri təkzib edib. İdarənin rəsmi nümayəndəsi Nasser Kanaani raketlərin ötürülməsi ilə bağlı məlumatı əsassız adlandırıb.
Hüseyn İbadlı

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti