Xarici İşlər nazirliyində XÜSUSİ ƏMƏLİYYAT - DTX -a nazirliyin vəzifəli şəxslərini qandalladı
Tarix: 3-07-2020, 14:32
Baxılıb: 945
Google+ Paylaş
Tumblr Paylaş

Xarici İşlər nazirliyində XÜSUSİ ƏMƏLİYYAT - DTX -a nazirliyin vəzifəli şəxslərini qandalladı

3-07-2020, 14:32

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Kainat.tv  xəbər verir ki, bununla bağlı DTX məlumat yayıb.
Beləki, Xarici İşlər Nazirliyində həyata keçirilən anti-korrupsiya əməliyyatında həbs olunanlardan birinin adı bəlli olub.
Bu nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadədir.
Fərhad Mollazadə xarici işlər naziri Elmar Məmmədyarovun yaxın dostudur və o nazir təyin olunandan bərabər çalışırlar.
 
Xatırladaq ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində anti-korrupsiya əməliyyatı həyata keçirilir.
 
Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ