Vətəndaş Masazır icra nümayəndəsinə üsyan etdi - Harınlamış məmur Şahlar Həsənov satışa çıxarılan soğana od vurdurdu(VİDEO)
Tarix: 2-08-2020, 13:22
Baxılıb: 323
Google+ Paylaş
Tumblr Paylaş

Vətəndaş Masazır icra nümayəndəsinə üsyan etdi - Harınlamış məmur Şahlar Həsənov satışa çıxarılan soğana od vurdurdu(VİDEO)

2-08-2020, 13:22

Abşeron rayonu Masazır qəsəbəsində çalışan meyvə-tərəvəz alverçiləri satışa çıxardıqları soğanları yandıraraq etiraz ediblər.
Ixa.az-ın xəbərinə görə, onlar Abşeron icra başçısının Masazır  kənd  inzibati  ərazi  dairəsi  üzrə  nümayəndəsi Şahlar Həsənovdan şikayətçidir.
Şikayətçinin iddiasına görə Masazır  kənd  inzibati  ərazi  dairəsi  üzrə  nümayəndəsi Şahlar Həsənov onu ağır sözlərlə təhqir edib, satışa çıxarılan soğanları bazardan çıxarmağını tələb edib. Nəticədə də vətəndaş Şahlar Həsənovun təkidi ilə soğanları yolun kənarına yığaraq hamının gözü qarşısındayandırıb.
Haşiyə:
Şahlar Həsənov Bakının Binəqədi rayonunda Biləcəri qəsəbə icra nümayəndəsinin müavini işləyib.Bir çox qara işlərlə məşğul olan bu şəxs yerli sakinlər tərəfindən müsbət xarakterizə olunmayır.
Bundan sonra Abşeron RİH başçısının Məmmədli qəsəbəsi (Məhəmmədi kəndi) üzrə nümayəndəsi vəzifəsinə gedib. Məmmədli bələdiyyəsinin sabiq sədri Vaqif Nəbiyevlə maraqla5ı ucmatından yola getməyən Ş. Həsənov deyilənlərə görə, tez bir zamanda Vaqif Nəbiyevin torbasını tikərək onun həbsinə nail olub. Hal-hazırda Masazır icra nüməyəndəsir. Cənab Həsənov, Abşeron rayonunda çox sayda obyektlərin, dəyəri yüz min manatlarla ölçülən bina və həyət evlərinin, bir neçə villalara, yüz hektarlarla torpağın, bahalı maşınaların, eləcədə Masazır bazarının sahibi hesab edilir. 
SÖZ ARDI:
Məlum hadisə ilə bağlı inanırıq ki, abşeron rayon icra başçısı İradə Gülməmmədova lazımı tədbirlər görəcək...!
Mövzu diqqətimizdədir
ixa.az

 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ