Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Qəza yerindən daha bir "QARA QUTU" TAPILDI
Qəza yerindən daha bir "QARA QUTU" TAPILDI

Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerdə daha bir "qara qutu" tapılıb.
reportyor.tv "Report"a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın Mangistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev təyyarənin qəzaya uğraması ilə bağlı Astanada keçirdiyi brifinqdə bildirib.
“İki "qara qutu" aşkar edilib, onlar aviaqəzaların təhqiqatı şöbəsinə veriləcək və daha sonra onlara baxış keçiriləcək”, - o deyib.
Ordabayev həmçinin təyyarənin qəzaya uğradığı yerdə görülən işlərdən də danışıb.
“Zərərçəkmişləri və hava xidməti işçilərini dindirdik. Həmçinin bütün hadisə şahidlərini müəyyənləşdiririk. Dispetçerlərlə ekipaj arasında radio danışıqlarının yazısı əldə edilib. 4 min kvadratmetrdən çox ərazini əhatə edən hadisə yerinə baxış tamamlanma mərhələsindədir. Ərazi polis qüvvələri tərəfindən qorunur”, - o vurğulayıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti