Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Qazaxıstanda Xəzərə təyyarə qəzasında həlak olanların xatirəsinə çələnglər buraxılıb
Qazaxıstanda Xəzərə təyyarə qəzasında həlak olanların xatirəsinə çələnglər buraxılıb

Aktau, Kurık və Bautino limanlarında Xəzər sularına Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə çələnglər buraxılıb.
Bu barədə “Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir.
“Bu jest dəhşətli təyyarə qəzasında həlak olanlara hörmət və hüzn əlamətidir. Bu, son illərin ən faciəli hadisələrindən biridir, onlarla insan, o cümlədən uşaqlar həlak olub. Həlak olanların yaxınlarının hisslərini başa düşürük, biz sizinləyik. Sizin kədərinizi bölüşürük və sizinlə birgə yas tuturuq”, – aksiya iştirakçıları qeyd ediblər.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti