Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » İstanbul-Moskva reysi geri dönərək Türkiyəyə qayıtdı - MÜƏMMA
İstanbul-Moskva reysi geri dönərək Türkiyəyə qayıtdı - MÜƏMMA

Türk Hava Yollarının (THY) TK415 nömrəli İstanbul-Moskva-Vnukovo reysi naməlum səbəbdən Polşa hava məkanı üzərindən geri dönərək İstanbula qayıdıb.
Musavat.com xəbər verir ki, hadisənin səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.
Məlumata görə, təyyarə planlaşdırıldığı kimi Moskva istiqamətində uçuşunu davam etdirərkən Polşa üzərindən dönərək İstanbul Hava Limanına geri eniş edib. Təyyarənin ekipajı və sərnişinlərin vəziyyəti ilə bağlı narahatlıq doğuran bir vəziyyətin olmadığı bildirilib.
Hadisə ilə bağlı təfərrüatlar və uçuşun geri dönüş səbəbləri barədə araşdırma aparıldığı gözlənilir. THY-dən rəsmi açıqlamanın yaxın saatlarda verilməsi ehtimal olunur. 
 
Musavat.com
photo_2024-12-27_23-11-26.jpg (151 KB)

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti